Bank Of Baku

Sərdar Cəlaloğlu: “Məhkəmənin gedişindən tam razıyam, hətta hakim mənim özümdən də çox obyektiv mövqe tutmağa çalışır”

Sərdar Cəlaloğlu: “Məhkəmənin gedişindən tam razıyam, hətta hakim mənim özümdən də çox obyektiv mövqe tutmağa çalışır”
# 27 dekabr 2007 12:00 (UTC +04:00)
“Azərbaycanda hələ belə demokratik məhkəmə prosesi görməmişdim. Vəkillərimin qaldırdığı vəsatətlər qəbul olunur, tərəfldərin mövqelərinə baxılır. Yəni ideal bir məhkəmə prosesi gedir”. Bu fikirləri APA-ya açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Nəsimi rayon Məhkəməsində onunla bağlı gedən məhkəmə prosesinə münasibət bildirərkən deyib. Partiya sədrinin sözlərinə görə, Avropa İnsan Haqları Məhkəməsinin onun 2003-cü ilin 15-16 oktyabr hadisələri ilə əlaqədar işgəncəyə məruz qalması ilə bağlı araşdırmasının aparılması barədə qərarına uyğun olaraq Nəsimi rayon Məhkəməsində gedən proses yekunlaşmaq üzrədir. Hakim İkram Şirinovun sədrlik etdiyi prosesin növbəti iclasında tərəflərin çıxış edəcəyini bildirən S. Cəlaloğlu bundan sonra məhkəmənin fakta qiymət verəcəyini deyib: “Məhkəmə hər hansı hökm çıxarmayacaq, sadəcə işgəncə faktını təsdiq edəcəksə, onda bu faktın araşdırılması ilə bağlı prokurorluqda cinayət işi başlanacaq. Amma işgəncə faktının olmaması barədə qərar olsa, bu zaman iş qurtarmayacaq, biz növbəti məhkəmə instansiyalarında işi davam etdirəcəyik. İndiki halda məhkəmənin gedişindən tamamilə razıyam, hətta hakim mənim özümdən də çox obyektiv mövqe tutmağa çalışır. Hesab edirəm ki, bu nümunə bütün məhkəmələrə tətbiq olunsa, biz müstəqil məhkəmələrin nə olduğunu bilərik”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR