Bank Of Baku

Azərbaycanın AŞ PA-nın vitse-prezidenti postuna namizədi hələ bəlli deyil

Azərbaycanın AŞ PA-nın vitse-prezidenti postuna namizədi hələ bəlli deyil
# 27 dekabr 2007 12:18 (UTC +04:00)
Azərbaycanın Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) vitse-prezidenti postuna namizədi hələ bəlli deyil. Azərbaycan Milli Məclisinin AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov APA-ya bildirib ki, bu məsələ ilə bağlı yanvar ayında açıqlama veriləcək: “Hələ ki, seçkilər təşkil olunmayıb. Ona görə bu məsələ barəsində danışmaq hələ tezdir. Amma təbii ki, Azərbaycan Avropa Şurası Parlament Assamleyasının Bürosunda təmsil olunacaq”.
S. Seyidov deyib ki, prosedura əsasən bu posta, adətən, AŞ PA-da təmsil olunan nümayəndə heyətlərinin rəhbərləri namizəd olur: “Amma AŞ PA-nın üzvü olan istənilən şəxs də namizəd ola bilər”.
“AŞ PA prezidentinin seçilməsi zamanı Azərbaycan hansı ölkəyə dəstək verəcək” sualına cavab olaraq S. Seyidov deyib ki, bu barədə danışmaq hələ tezdir: “Bizim bununla bağlı mövqeyimiz var. Bu yöndə iş görülür”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR