Bank Of Baku

Əli Kərimli: “Hesab etmirik ki, “Azadlıq” blokunda partiyaların çoxluğu iş əmsalımızı artıra bilər”

Əli Kərimli: “Hesab etmirik ki, “Azadlıq” blokunda partiyaların çoxluğu iş əmsalımızı artıra bilər”
# 27 dekabr 2007 12:26 (UTC +04:00)
“Hazırda “Azadlıq” blokunun tərkibinin genişlənməsi gündəmdə deyil. Çünki eyni blokda fəaliyyət göstərmək üçün həmfikir siyasi qüvvələr bir araya gəlməlidir. Blokun sırası o zaman genişlənə bilər ki, bizim hazırda müəyyənləşdirdiyimiz siyasi kursla tam eyni mövqedə duran partiyalar olsun”. Bunu APA-ya açıqlamasında “Azadlıq” blokunun həmsədri, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli deyib. Onun sözlərinə görə, bloka yalnız tərəddüd etməyən, bu gün bir, sabah başqa fikrə düşməyən, uzunmüddətli strateji planda onlarla birgə olacağını bəyan edən qüvvələr daxil ola bilər. “Yoxsa bu gün müxalifətin birliyi mövqeyindən çıxışlar edib, səhəri hökumətin siyasətində rol almağa hazırlaşan, dolayı yollarla hakimiyyətlə əməkdaşlığa getməyə meylli qüvvələrin hesabına genişlənmənin blokun işinə mənfi təsir göstərəcəyini düşünürük. Hesab etmirik ki, blokdakı partiyaların çoxluğu iş əmsalımızı artıra bilər. Amma müxalifətdə olan qüvvələrə də təsir göstərməyi davam edəcəyik ki, daha çox siyasi qüvvə hökumətə münasibətdə ardıcıl prinsipial siyasət həyata keçirsin. Belə qüvvələr özünü təsdiq edəcəksə, onda blokun genişləndirilməsi təbii şəkildə meydana çıxa bilər”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR