Bank Of Baku

Sərdar Cəlaloğlu: “İyirmi partiyanın imzaladığı saziş əsasında ortaya ciddi bir qurumun çıxacağına inanmıram”

Sərdar Cəlaloğlu: “İyirmi partiyanın imzaladığı saziş əsasında ortaya ciddi bir qurumun çıxacağına inanmıram”
# 27 dekabr 2007 12:32 (UTC +04:00)
“İyirmi partiyanın imzaladığı saziş əsasında ortaya ciddi bir qurumun çıxacağına inanmıram. Bu partiyaların arasında bir azdan daha ciddi fikir ayrılıqları əmələ gələcək”. Bu açıqlamanı APA-ya Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu verib. Onun sözlərinə görə, əgər bu sazişə imza atanlar içərisində bunun ciddi nəticə verəcəyini düşünənlər varsa, yanılırlar: “Artıq Ümid Partiyası bu sazişdən imtina edib. Bu hələ başlanğıcdır və ola bilsin ki, sabah başqa partiya da sazişdən çıxa bilər. Məsələn, AMİP-in orada qalıb vahid namizədlə çıxış etməsi ağılabatmazdır. Amma onlar vahid namizəd müəyyənləşdirib seçkiyə gedə biləcəklərsə, mən bunu Azərbaycan siyasətində ciddi bir müvəfəqiyyət kimi dəyərləndirərəm. Arzu edək ki, bunu edə bilsinlər. Amma görürsünüz ki, elə başlanğıcda Ümid Partiyası həmin sazişdən çıxdı”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR