Bank Of Baku

Səməd Seyidov: “AŞ PA-nın “dondurulmuş münaqişələr” üzrə alt komitəsinin yaradılması təklifini mən irəli sürmüşəm”

Səməd Seyidov: “AŞ PA-nın “dondurulmuş münaqişələr” üzrə alt komitəsinin yaradılması təklifini mən irəli sürmüşəm”
# 27 dekabr 2007 13:30 (UTC +04:00)
Bu sözləri APA-ya açıqlamasında Azərbaycan Milli Məclisinin Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib. S. Seyidov bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli Minsk Qrupunun formatı çərçivəsində həyata keçirilir: “Əks tərəfin mövqeyi belədir ki, münaqişələr, o cümlədən Dağlı Qarabağ problemi gündəmdən çıxsın, müzakirə obyekti olmasın. Başqa təşkilatların, o cümlədən Avropa Şurasının münaqişələrlə əsas işi isə ondan ibarətdir ki, bunlar gündəmdən çıxmasın, öz töhfələrini versin. Mən Avropa Şurası Parlament Assambleyasının Dağlıq Qarabağ üzrə Alt Komitəsinin heç bir işi görmədiyi, hətta regiona səfər etmədiyi barədə deyilənlərlə heç cür razılaşa bilmərəm. Komitənin mövcudluğu öz-özlüyündə bu problemin qurumun gündəmində olmasına dəlalət edir. Hansısa səfərlərlə və müzakirələrlə hələ hər şey bitmir”. Millət vəkilinin fikrincə, münaqişələrlə bağlı yeni komitənin yaranması problemin hələ də həll olunmadığını göstərir. O, münaqişənin həllinin AŞ PA-nın işi olmadığını deyib: “Bizim işimiz isə ondan ibarətdir ki, münaqişələrlə bağlı dünya ictimaiyyətini məlumatlandıraq. Daha yaxşı olar ki, uyğun və oxşar münaqişələr bir yerdə müzakirə edilsin, BMT-də münaqişələrlə bağlı təkliflər irəli sürüləndə bunun effekti daha böyük olar. GUAM da bu istiqamətdə fəal iş görür. Dağlıq Qarabağ, Abxaziya, Osetiya, Dnestryanı konfliktləri varsa, bunlarla bağlı Avropa Şurası mövqeyini niyə bildirməsin? Niyə yalnız Dağlıq Qarabağ müstəsna hal kimi götürülsün? Axı bütün münaqişələr beynəlxalq qanun pozuntularını əhatə edir, beynəlxalq normalara ziddir. Sevinirəm ki, Andres Herkel də bu təklifə qoşulur”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR