Bank Of Baku

AKP sədri Rüstəm Şahsuvarov Gennadi Zyuqanova məktub yazıb

AKP sədri Rüstəm Şahsuvarov Gennadi Zyuqanova məktub yazıb
# 27 dekabr 2007 13:50 (UTC +04:00)
Azərbaycan Kommunist Partiyasının (AKP) sədri Rüstəm Şahsuvarov Rusiya Federasiyası Kommunist Partiyası (RFKP) Mərkəzi Komitəsinin və Kommunist Partiyaları İttifaqı Sovet İttifaqı Kommunist Partiyasının (KPİ-Sov.İKP) sədri Gennadi Zyuqanova açıq məktub yazıb. R. Şahsuvarovun APA-ya verdiyi məlumata görə, məktubda Rauf Qurbanovun Azərbaycan Kommunist Partiyasına iddiası əsassız adlandırılıb və KPİ-Sov.İKP-nin sədrinin birinci müavini Yevgeni Kopışevin R. Qurbanovu dəstəkləməsi təəssüflə qeyd olunub: “Yevgeni Kopışev təmsil etdiyi təşkilatın adından Bakıda olarkən hüquqi səlahiyyətə malik Azərbaycan Kommunist Partiyası əvəzinə, Rauf Qurbanov və bir qrup şəxsin iddiası ilə yaradılan qurumu dəstəkləyən bəyanatla çıxış edib. O, dekabrın 23-də Rauf Qurbanovun təşkil etdiyi qondarma qurultayda iştirak edib. Bununla yanaşı Kopışev mənimlə görüşdən də imtina edib. Azərbaycan Kommunist Partiyası bütün bu məsələləri həyəcanla qarşılayır və inanmaq istəyirik ki, Kopışevin açıqlamaları sizin mövqeyinizi əks etdirmir”. Qeyd edək ki, AKP sədri Ramiz Əhmədovun sentyabrın 10-da vəfatından sonra partiyada ciddi fikir ayrılığı yaranıb və bu proses təşkilatın parçalanması ilə nəticələnib. Partiya sədrinin müavinləri Rauf Qurbanov dekabrın 23-də və Rüstəm Şahsuvarov isə oktyabrın 14-də ayrı-ayrılıqda qurultay keçirərək, bu təşkilatın sədri seçildiklərini elan ediblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR