Bank Of Baku

BAXCP İdarə Heyətinin növbəti iclası keçirilib

BAXCP İdarə Heyətinin növbəti iclası keçirilib
# 27 dekabr 2007 16:23 (UTC +04:00)
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti iclası keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, iclasda ictimai-siyasi vəziyyət, partiya sədri Qüdrət Həsənquliyevin Dağlıq Qarabağın sosial-iqtisadi inkişafına dair dövlət proqramı və Dağlıq Qarabağın muxtariyyət statusunun sərhədlərini müəyyənləşdirən Konstitusiya layihəsinin işlənib hazırlanması təklifləri müzakirə edilib. İdarə Heyəti hesab edir ki, partiya sədrinin təklifləri Azərbaycanın işğal altında olan ərazilərinin azad edilməsi istiqamətində ölkəmizin mövqelərini möhkəmləndirilməsinə xidmət edə bilər. Partiya rəhbərliyi Dağlıq Qarabağın statusu ilə bağlı Ermənistanın manipulyasiyalarına son qoymaq üçün, bölgəyə veriləcək “geniş muxtariyyət statusu”nun konkret sərhədlərini əks etdirən sənəd hazırlamasını vacib sayıb: “Dağlıq Qarabağda yaşayan etnik ermənilər başa düşməlidirlər ki, onları Azərbaycan Respublikasının ərazi bütövlüyü çərçivəsində təhlükəsiz və təminatlı həyat gözləyir. Azərbaycan nəyin bahasına olursa-olsun, öz ərazilərini işğaldan azad edəcək. Bu təkliflər isə onlara Azərbaycanın mərkəzi icra strukturu tərəfəndən mövcud vəziyyətdən ziyansız çıxmaq üçün sonuncu şans kimi verilir”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR