Bank Of Baku

“Europe Diplomatic Magazine” jurnalı Azərbaycanla bağlı xüsusi buraxılış dərc edib

“Europe Diplomatic Magazine” jurnalı Azərbaycanla bağlı xüsusi buraxılış dərc edib
# 27 dekabr 2007 16:51 (UTC +04:00)
“Europe Diplomatic Magazine” jurnalının dekabr 2007-yanvar 2008-ci il tarixli 21-ci sayında “Azərbaycan: Qərb və Şərq tarixi yol kəsişməsində yerləşən ölkə ilə əməkdaşlıq üçün yeni üfüqlər” adlı 16 səhifəlik xüsusi buraxılış dərc edilib. XIN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, buraxılışda son illər ərzində Azərbaycanın siyasi, sosial-iqtisadi və mədəniyyət sahələrində əldə etdiyi nailiyyətlər barədə ətraflı informasiyalar, Azərbaycanın tarixini, mədəniyyətini və təbiətini əks etdirən çoxsaylı rəngarəng şəkillər yer alıb. Buraxılışda bu il iyunun 18-19-da Bakıda keçirilmiş GUAM-ın zirvə görüşünə də xüsusi yer verilib. Jurnal əsas Avropa paytaxtları, həmçinin Belçika Krallığında akkreditə olunmuş diplomatik korpus, Belçikanın xaricdə fəaliyyət göstərən səfirlik və nümayəndəlikləri, Belçikanın ictimai-siyasi dairələri və lobbi qurumları arasında yayılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR