Bank Of Baku

Misirli nazir: “Misir Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməkdə davam edəcək”

Misirli nazir: “Misir Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməkdə davam edəcək”
# 28 dekabr 2007 07:35 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan və Misir arasında yaradılmış birgə komissiyanın 3-cü iclasında iştirak etmək üçün ölkəmizə səfər edən Misirin beynəlxalq əməkdaşlıq naziri xanım Faizə Əbul Nəqa ilə görüşüb. Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qonaq görüşdə qarşılıqlı əməkdaşlığı gücləndirmək üçün birgə siyasi iradənin mövcudluğunu yüksək qiymətləndirib. Yaxın gələcəkdə Misir dövlət başçısının Azərbaycana səfər edəcəyini bildirən xanım Faizə Əbul Nəqa bu səfərin əlaqələrin inkişafına yeni təkan verəcəyini qeyd edib. Qonaq Misirin Ermənistan-Azərbaycan münaqişəsində Azərbaycanın mövqeyini və ərazi bütövlüyünü dəstəkləməkdə davam edəcəyini vurğulayıb. E. Məmmədyarov da iki dövlət arasında siyasi əməkdaşlığı, beynəlxalq təşkilatlar daxilində qarşılıqlı dəstəyi yüksək qiymətləndirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR