Əli Əhmədov: “İqtidar daxilində birliyin pozulacağına ümid edənlər böyük səhvə yol verirlər”
- Seçkinin taktikası seçki dövründə müəyyənləşir. Əlbəttə, 2008-ci il bir çox parametrlərinə görə 2003-cü ildən fərqlənir. Buna görə də Yeni Azərbaycan Partiyası təbii ki, bu kampaniyada zamanın tələbinə uyğun şəkildə taktiki addımlar atmalı olacaq. Amma bütövlükdə ümumi strategiya ondan ibarətdir ki, seçki kampaniyasını həyata keçirmək üçün əlverişli şərait indi də mövcuddur, seçki vaxtı da mövcud olacaq. Hər bir seçki kampaniyasının taleyini, uğurunu, taktiki üsullarını hər şeydən əvvəl ölkənin ictimai-siyasi mühiti və insanların seçkinin gedişi ilə əlaqədar formalaşmış rəyi həll edir. Hazırda vətəndaşların rəyi partiyamızı tam qane edir. Hazırkı ictimai rəyə görə seçicilər prezident İlham Əliyevi birmənalı şəkildə dəstəkləyir və ona səs verməyə hazırdır. Əldə edilən nailiyyətlər cəmiyyətdə insanların hakimiyyətə münasibətini birmənalı şəkildə müəyyən edir. Bu nailiyyətlər nə qədər çox olsa, əldə edilən iqtisadi inkişaf nəticəsində insanların rifahı üçün nə qədər çox işlər görülsə, hökuməti dəstəkləyənlərin sayı artar. Prezident İlham Əliyevin tərəfdarlarının artması, onun rəqiblərini tərəfdarlarının sayının kəskin şəkildə azalmasına gətirib çıxarır. Bu proses seçkilərə qədər davam edəcək. Seçki təbliğatında yeni taktikaların tətbiqi seçkilərə start veriləndə müəyyənləşəcək. 2003-cü il seçkilərində İlham Əliyevin verdiyi vədlərin hamısını artıqlaması ilə yerinə yetirdiyini bir daha seçicilərin diqqətinə çatdıracağıq. Biz geniş təbliğat aparmasaq da, seçicilərin əksəriyyəti İlham Əliyevin cəmiyyətə uğur gətirdiyini dərk edirlər.
- Rəqiblər baxımından 2003-cü illə müqayisədə hər hansı dəyişikliyin, fərqin olacağını düşünürsünüz?
- Fərdlər və yaxud təşkilatlar səviyyəsində elə bir dəyişiklik olmayacaq. Mümkündür ki, kiçik fərqlər olsun, amma əsas etibarı ilə 2003-cü ildə bizim namizədə rəqib olaraq kampaniyaya qoşulanların böyük bir hissəsi 2008-ci ilin seçki kampaniyasında da iştirak edəcəklər. Azərbaycanın siyasi müxalifətinin qəribə xüsusiyyətlərindən biri odur ki, onlar heç bir əsas olmadan siyasi uzunömürlülük nümayiş etdirmək qərarına gəliblər. Siyasi uzunömürlülüyü süni yollarla nümayiş etdirmək mümkün deyil. Hər bir siyasətçinin siyasi ömrünü insanların verdiyi səslər müəyyənləşdirir. Kimsə siyasi səhnədən dördəlli yapışaraq qalmaq istəyirsə, bu cəhdlər onlara uğur vəd etmir. Seçki kampaniyasında da iştirak edib siyasi meydanda olduqlarını göstərmək istəyənlər təbii ki, özlərini rəqib kimi təqdim edəcəklər. Bu baxımdan namizədlər baxımından yeniliyin olmayacağını düşünürəm.
- Müxalifət seçki ərəfəsində hakimiyyətdaxili müxalifətin meydana çıxa biləcəyi ehtimalını irəli sürüb. Bu ehtimalı necə dəyərləndirirsiniz?
- Müxalifət 10 ildən artıqdır iqtidar daxilində təlatüm gözləyir və yəqin ki, hələ uzun müddət gözləməli olacaq. Müxalifət öz zəifliyini o zaman etiraf etmiş olur ki, rəqib tərəfdən hər hansı təlatüm gözləyərək özünün uğur qazanacağına ümid edir. YAP daxilində təlatüm başlayacağını gözləyənlər özlərinin zəif olduğunu sübut edirlər. Görünür, müxalifət dərk edir ki, öz gücü ilə nəyisə dəyişmək imkanında deyil. 2003-cü ilə qədər onlar bir möcüzə gözləyirdilər, bütün ümidlərini bu möcüzəyə dikmişdilər, 2003-ci seçkilərindən sonra isə yalnız hakimiyyət daxilində qarşıdurma gözləyirlər. Artıq xarici dəstəyə də ümid edə bilmirlər. Çünki hakimiyyətin mövqeyi kifayət qədər möhkəmlənib və indi hər hansı xarici qüvvələrin təsiri altında Azərbaycanda siyasi prosesləri istiqamətləndirmək mümkün deyil. 2003-cü ilə qədər onlar hansısa möcüzə ilə bərabər xarici dəstəyə də ümid bəslədiklərini açıq şəkildə etiraf edirdilər. Guya hansısa xarici qüvvə ölkə daxilində inqilab edəcək və taxt-tacı müxalifətə təqdim edib onları xoşbəxt edəcək. Amma son vaxtlar dərk etməyə başlayıblar ki, bu yolla hakimiyyətə gəlmək milli maraqlara ziddir. Onlar bu prosesin praktik baxımdan mümkün olmadığını anlayıblar. İqtidar daxilində olan birliyi kimsə poza bilməz. Buna ümid bəsləyənlər böyük səhvə yol verirlər.
- “Siyasi partiyalar haqqında” qanunun yenidən işlənib qəbul edilməsinə nə mane olur?
- Azərbaycan 90-cı illərin əvvəlləri ilə müqayisədə çox dəyişilib. Partiyaların əksəriyyəti bu qanunun yenidən qəbulunun vacibliyini dərk edirlər. Müxalifət partiyaları əvvəllər qanunun yenidən işlənib hazırlanmasına bir qədər loyal yanaşırdılar, amma son vaxtlar bu məsələyə ciddi reaksiya göstərirlər. Bu gün partiyaların sırasında anlaşılmazlıq və artıqlıq yaranıb. Çoxlu sayda heç bir fəaliyyəti olmayan partiyalar mövcuddur. Cəmiyyətdə bəzi partiyaların mövcud olması haqqında təsəvvür belə yoxdur. Hər hansı bir qruplaşmanın və ya şəxsin özünü partiya adlandırması Azərbaycanın siyasi mühitini müəyyən çöküntülərlə ağırlaşdırmaqdan başqa bir şey deyil. Azərbaycanda adı olub, özü olmayan partiyalar əl-ayağa dolaşmaqdan başqa bir işlə məşğul deyillər. Onlar problem yaratmaq gücündə deyillər, amma problem yaratmaq üçün səs-küy edirlər. Qanunun dəyişməsi siyasi partiya sistemində səliqə-sahman yarada bilər. Ola bilər ki, qanunda partiyaların qeydiyyatının daha təkmil və sivil forması, partiyaların dövlət büdcəsindən maliyyələşdirilməsi nəzərdə tutulsun. Yaxın zamanlarda bu məsələyə qayıtmaq lazım gələcək, 2008-ci il bütün siyasi partiyaların seçki ilə məşğul olacağı dövr olduğundan yəqin ki, biz bu qanunun təkmilləşdirilməsinə seçkilərdən sonra qayıdacağıq.
- Dağlıq Qarabağ probleminin həlli ilə bağlı Madrid görüşündə irəli sürülən təkliflərin Azərbaycanın milli maraqlarına zidd olduğu bildirilir. Sizcə ATƏT-in Minsk Qrupu çərçivəsində problemi həll etmək mümkün olacaqmı?
- Madriddə irəli sürülən təkliflərin Azərbaycanın milli maraqlarına uyğun olmaması haqqında konkret etibarlı mənbələr tərəfindən açıqlama verilməyib. Belə bir reallıqla razılaşmalıyıq ki, danışıqlar konfendisial şəkildə aparılır və təkliflərin ayrı-ayrı detalları ictimaiyyətə tam məlum deyil. Bu mənada qəti şəkildə Madriddə təklif olunan variantın Azərbaycanın milli maraqlarına uyğun olmadığını iddia etmək düzgün deyil. Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk Qrupu çərçivəsində həllinə gəldikdə, bu barədə müxtəlif mövqelər var. İstəsək də, istəməsək də danışıqlar münaqişənin nizama salınmasının digər yollarından daha əlverişlidir. Münaqişənin uzun müddətdən bəri davam edən danışıqlar yolu ilə nizama salınmaması istər-istəməz danışıqlar prosesinə və vasitəçilərə inamı azaldıb. Partiyamız öz saytında bununla bağlı sorğu keçirib. Sorğunun nəticələrinə görə, Azərbaycan vətəndaşlarının danışıqlar prosesinin iştirakçılarının səmimiliyinə inamı azalıb. Bunun əsasında vasitəçilərin qətiyyət göstərə bilməməsi dayanır. Azərbaycan torpaqlarının 20 faizi işğal altındadır və danışıqların predmeti torpaqların azad olunmasıdır. Digər gerçəklik odur ki, beynəlxalq təşkilatlar Azərbaycan ərazisinin işğal olunması faktını etiraf edirlər. Bütün bunların hamısı o qənaətə gəlməyə əsas verir ki, vasitəçilər Ermənistanla Azərbaycanı barışdırmaq konsepsiyasından nəhayət ki, əl çəkməlidirlər. Bu məntiqdən çıxış etmədikcə, vasitəçilər Azərbaycanı təmin edə biləcək variant ortaya qoya bilməyəcəklər. Başqa variantlar axtarmaq mənasız cəhdlərdir. Əgər tərəfləri barışdırmaq ideyasının arxasında tərəflərin birinin güzəştə getməsi məntiqi dayanırsa, mən bunu qəbul edirəm. Tərəflərin hər ikisinin güzəştə getməsi tələbinin ortaya qoyulması ortaya hər hansı səmərəli həll variantı qoymağa imkan verməyəcək. Azərbaycanın hərbi və iqtisadi qüdrəti günü-gündən artır. Bu o deməkdir ki, əgər torpaqların geri qaytarılması sakit yolla, əlavə qan tökülmədən mümkün olmasa, digər vasitələrlə öz həllini tapacaq.
- Digər vasitələr deyiləndə hərbi əməliyyatlar nəzərdə tutulur?
- Digər vasitələr odur ki, o Azərbaycanın torpaqlarının geri qaytarılmasını təmin edəcək. Bunu Ermənistan da başa düşür, vasitəçilər də. Ermənistan tərəfi də torpaqların azad edilməsinin vacibliyini dərk edib. Düşünürəm ki, Ermənistan münaqişənin elə şəkildə sona çatmasına çalışır ki, bu, Ermənistanın qürurunu zədələməsin. Amma mən düşünürəm ki, bunun yolunu axtarıb tapmaq Ermənistanın öz vəzifəsidir. /APA/
Daxili siyasət
Azərbaycanda Süni intellektin inkişafı üzrə məsul dövlət orqanları müəyyənləşib - SİYAHI
Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində təqsirləndirilən şəxslərin çıxışları başa çatıb
Əhalinin siyahıyaalınması sahəsində görüləcək hazırlıq işləri açıqlanıb
Prezident İlham Əliyevin Şuşa mesajlarının təhlili mövzusunda ekspert müzakirəsi keçirilib
Xəbər Lenti
ABŞ ordusunun İran və İraq arasındakı keçid məntəqəsinə hücumu nəticəsində 2 nəfər ölüb, 11 nəfər yaralanıb
Fransada istilər minlərlə insanın ölümünə səbəb olub
ABŞ Konqresi Pentaqona 1,15 trilyon dollar vəsaitin ayrılmasını təsdiqləyib
Çilidə güclü yağışlar 13 nəfərin həyatına son qoyub
ABŞ İranda hərbi hədəflərə zərbə endirməyə başlayıb
Husilər Səudiyyə Ərəbistanının iki tankerinə hücum ediblər
ABŞ Səudiyyə Ərəbistanı ilə nüvə sazişi imzalayıb
Böyük Britaniya diplomatlarını İrandan çıxarıb
Ərbildə ard-arda partlayışlar baş verib
NATO yanacaq anbarlarının modernləşdirilməsi üçün 27 milyard avroluq planı qəbul edib
İran İordaniyanın şərqində ABŞ hərbi mövqelərini hədəfə alıb
Azərbaycanın sədrliyi ilə AQEM Yüksək Səviyyəli Şəxslər Komitəsinin növbəti iclası keçirilib
Əraqçi: İrana qarşı istənilən təcavüz qətiyyətli cavabla qarşılanacaq
NTV-nın sədr müavini vəzifəsindən azad edilib
UEFA Konfrans Liqası: “Neftçi” Bakıda “Dinamo Minsk”ə məğlub olub
İran parlamentinin sədri: Neftimizi satmadığımız bir bölgədə heç kim öz neftini satmayacaq
Xalq artisti Tofiq Mirzəyev İsraildə dəfn olunub - YENİLƏNİB
Maduronun işi üzrə məhkəmə prosesi 1 iyun 2027-ci ildə başlayacaq
HAMAS bütün fələstinli qruplaşmaları birləşməyə çağırıb
Ağdamda açıq ərazidə başlayan yanğın hələ də davam edir - VİDEO - YENİLƏNİB2
Balaxanı neftçiləri Milli Mətbuatın 151 illiyini təbrik edib - VİDEO
Ukrayna və ABŞ “Patriot” raketlərinin tədarükünün artırılmasını müzakirə edib
Azərbaycanla Slovakiya arasında məxfi məlumatın mübadiləsi haqqında Saziş imzalanıb
Azərbaycanlı jurnalistlər Qırğızıstana media turu çərçivəsində "Kabar" agentliyində olublar - FOTO
Azərbaycanlı jurnalistlər Qırğızıstanın aparıcı dövlət media korporasiyasının işi ilə tanış olublar - FOTO
MEDİA-nın təşkilatçılığı ilə 22 iyul - Milli Mətbuat Gününə həsr olunan tədbir keçirilib - FOTO
İsrail-Livan danışıqlarının yeddinci raundunun tarixi açıqlanıb
İran Trampa cavab olaraq ABŞ-a bağlı infrastruktur və enerji obyektlərini vurmaqla hədələyib
Paşinyan Almaniya kansleri ilə Ukrayna, Yaxın Şərq və Cənubi Qafqazı müzakirə edib
Türkiyənin üç bölgəsində meşə yanğınları baş verib, əhali təxliyə olunur
Tramp: İranın zərbələri nəticəsində İordaniyada ABŞ hərbçilərinin hansı şəraitdə həlak olduğu araşdırılır
Sahibkarlıq subyektlərinin güzəştli kreditlərlə maliyyələşdirilməsi qaydası təsdiqlənib
Bakıda COVID-ə yoluxanlara yardım göstərən tibb işçilərinin əməkhaqlarına əlavənin müddəti uzadılıb
Akkreditasiya Şurası ali təhsil müəssisələri və təhsil proqramları üzrə qərarlar qəbul edib
Azərbaycan Rusiyanın axtarışa verdiyi Qırğız vətəndaşını təhvil verib
Ukrayna Silahlı Qüvvələrinin yeni baş komandanı hücum əməliyyatlarının gücləndiriləcəyini bildirib
Baş Prokurorluğun sorğusu üzrə axtarışda olan 5 nəfər Rusiyadan Azərbaycana ekstradisiya edilib
Göygöldə Milli Mətbuat Günü qeyd olunub, APA-nın əməkdaşı təltif edilib
Tramp: İran bu andan Hörmüz boğazında hər hansı gəmiyə atəş açarsa, ABŞ körpü və ya elektrik stansiyalarını vuracaq
Dələduzluq ittihamı ilə axtarışa verilən şəxs Özbəkistandan Azərbaycana ekstradisiya edilib
ABŞ-ın İrana yeni hava hücumları nəticəsində ölənlərin sayı 53 nəfərə çatıb
Rezidenturaya qəbul imtahanının II mərhələsində iştirak etmək üçün qeydiyyat başlanır
Tasnim: ABŞ İranın Hörmüz boğazındakı Larak adasına zərbə endirib
Ermənistanda müxalifət liderlərindən Andranik Tevanyanın həbs müddəti daha iki ay uzadılıb
22 iyul – Milli Mətbuat Günü ilə əlaqədar Fəxri xiyaban ziyarət edilib - FOTO
Vətəndaşlar artıq “mygov” üzərindən vəkil və bank etibarnaməsi verə biləcəklər
Diplomatiyanın səssiz dili: Azərbaycan Avropaya açılan yeni strateji qapıdır - Berlin təəssüratları
Lənkəranda avtomobil yol kənarında ticarətlə məşğul olan şəxsi vuraraq öldürüb - FOTO
Özbəkistan Baş prokuroru Kəlbəcər və Gəncədə olub
Bakıda avtoyuma məntəqəsindən maşın qaçıran şəxs saxlanılıb