Bank Of Baku

Xaçmazda Əziz Əliyevin abidəsinin açılış mərasimində yüksək vəzifəli Dağıstan rəsmiləri də iştirak ediblər

Xaçmazda Əziz Əliyevin abidəsinin açılış mərasimində yüksək vəzifəli Dağıstan rəsmiləri də iştirak ediblər
# 28 dekabr 2007 10:22 (UTC +04:00)
Bu gün Xaçmazda tanınmış dövlət xadimi Əziz Əliyevin abidəsinin təntənəli açılış mərasimi keçirilib. APA-nın Şimal bürosunun məlumatına görə, şəhər mərkəzində ucaldılan abidənin açılış mərasiminə qatılmaq üçün Dağıstan Respublikasından yüksək səviyyəli nümayəndə heyəti gəlib. Nümayəndə heyətinin tərkibinə Dağıstan Respublikasının milli siyasət, informasiya və xarici əlaqələr naziri Eduard Urazayev, ədliyyə naziri Azadi Rəhimov, Dərbənd rayon icra hakimiyyətinin başçısı Qurban Qurbanov və respublika parlamentinin üzvləri daxildir. Açılış mərasiminə həmçinin Azərbaycan baş nazirinin birinci müavini Yaqub Eyyubov, Xaçmaz rayon icra hakimiyyətinin rəhbəri Şəmsəddin Xanbabayev və ictimaiyyətin nümayəndələri qatılıblar. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR