Bank Of Baku

Qubada aşkar edilmiş kütləvi məzarlıqda qazıntılara fasilə verilməyəcək

Qubada aşkar edilmiş kütləvi məzarlıqda qazıntılara fasilə verilməyəcək
# 28 dekabr 2007 12:45 (UTC +04:00)
“Qubada aşkar edilmiş kütləvi məzarlıqda aparılan arxeoloji qazıntılara fasilə verilməyəcək”. Bunu APA-ya açıqlamasında ərazidə tədqiqat aparan elmi ekspedisiyanın rəhbəri Qəhrəman Ağayev deyib. O bildirib ki, pis hava şəraitinə baxmayaraq, ekspedisiyanın fəaliyyəti dayandırılmayacaq: “Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu və Quba rayon İcra Hakimiyyəti ilə aparılan danışıqlar zamanı qərara alındı ki, ekspedisiya işini yarımçıq saxlaya bilməz. Nəyin bahasına olursa-olsun, bu tədqiqatlar başa çatdırılmalı və yekunlaşdırılmalıdır”.
Xatırladaq ki, 1918-ci ildə ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımın qurbanlarının qalıqları olan kütləvi məzarlıqda bu günə kimi 161 insan kəlləsi tapılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR