Bank Of Baku

AMİP rəhbərliyində təmsil olunan şəxslərin heç biri liderliyə iddialı deyil

AMİP rəhbərliyində təmsil olunan şəxslərin heç biri liderliyə iddialı deyil
# 28 dekabr 2007 13:30 (UTC +04:00)
Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) rəhbərliyində təmsil olunan şəxslərin heç biri partiya sədrliyinə iddialı deyil. AMİP Mərkəzi Şurasının sədri, ötən qurultayda sədrliyə namizəd olmuş Əli Ələkbərov APA-ya açıqlamasında gələn il keçiriləcək növbədənkənar qurultayda öz namizədliyini irəli sürməyəcəyini bildirib. O, mövqeyini yaşının artması və meydanı gənclərə vermək istəyi ilə izah edib. Vəkil olduğunu xatırladan Ə. Ələkbərov bu işdən ayrılmaq istəmədiyini də deyib. AMİP-in baş katibi Fuad Muxtarov hələlik sədrin istefasının qəbul olunmadığına diqqət çəkib. O, istefanın öz həllini tapmasından sonra Mərkəzi Şuranın iclasının çağırılacağını və qurultayın vaxtının müəyyən olunacağını söyləyib: “Yalnız bundan sonra namizədlərin irəli sürülməsi prosesi başlayacaq. Mən isə hələ sədrliyə namizəd olmaq barədə fikirləşmirəm. Ölkədəki vəziyyət və partiyalara olan münasibət məni hələlik bu barədə düşünməməyə vadar edir. İddialılar varsa, öz iddialarını ortaya qoymalı, katibliyə müraciət etməlidir”. AMİP-in seçki qərargahının keçmiş sədri Adnan Novruzov isə uzun müddət siyasi fəaliyyət göstərdiyini və hazırda dincəlməyə üstünlük verdiyini açıqlayıb: “Mətbuatda guya sədrliyə iddialı olduğum barədə məlumatlar yayılır, amma bu, doğru deyil. Mən 2005-ci ildən partiyanın sıravi üzvüyəm. Sədrliyə də heç bir iddiam yoxdur və bu günə qədər də olmayıb”. AMİP-in Mərkəzi İntizam Komissiyasının sədri Aydın Əliyev də liderlik iddiasının olmadığını deyib: “Sədrliyə iddialı şəxslər var, amma indidən ortaya çıxmağa ehtiyac yoxdur. Mən düşünürəm ki, yaxın on-on beş gündə namizədlər müəyyənləşəcək”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR