Bank Of Baku

MSK sədri Məzahir Pənahov Gürcüstanda keçiriləcək prezident seçkilərini müşahidə edəcək

MSK sədri Məzahir Pənahov Gürcüstanda keçiriləcək prezident seçkilərini müşahidə edəcək
# 28 dekabr 2007 13:32 (UTC +04:00)
Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) rəhbərliyi yanvarın 5-də Gürcüstanda keçiriləcək prezident seçkilərini müşahidə edəcək. Bu barədə APA-ya MSK-nın mətbuat xidmətinin rəhbəri Azər Sarıyev məlumat verib. O bildirib ki, Gürcüstan tərəfinin dəvəti ilə MSK sədri Məzahir Pənahov və qurumun beynəlxalq əlaqələr şöbəsinin müdiri Rövzət Qasımov bu ölkəyə gedəcəklər. Səfər yanvarın 4-dən 7-nə kimi davam edəcək. A. Sarıyev MDB İcraiyyə Komitəsindən də Gürcüstandakı seçkiləri izləmək üçün dəvət gəldiyini deyib. Bu məqsədlə MSK-nın daha iki üzvü MDB Müşahidə Missiyasının tərkibində Gürcüstana yollanacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR