Bank Of Baku

“Mənəviyyat” Bakı və Kəndlər İttifaqı İctimai Birliyinin yaradılmasına həsr olunan dəyirmi masa keçirilib

“Mənəviyyat” Bakı və Kəndlər İttifaqı İctimai Birliyinin yaradılmasına həsr olunan dəyirmi masa keçirilib
# 28 dekabr 2007 13:59 (UTC +04:00)
“Mənəviyyat” Bakı və Kəndlər İttifaqı İctimai Birliyinin yaradılmasına həsr olunan dəyirmi masa keçirilib. APA-nın məlumatına görə, Azərbaycan Ziyalı Hərəkatının sədri Eldəniz Quliyev belə bir təşkilatın yaradılmasına bir neçə illərdir cəhd göstərdiklərini bildirib: “İstərdik ki, demokratik dövlət və vətəndaş cəmiyyəti quruculuğunda, təhsilimizdə, mədəniyyətimizdə, o cümlədən digər sosial-iqtisadi və humanitar sahələrdə əxlaq, mənəviyyat və islamı dəyərlər anlayışları insan ünsiyyətinin meyarına və xalqın yaşam tərzinə çevrilsin”. E. Quliyev son zamanlar mətbuatda bu təşkilat haqqında söylənilən fikirlərə də münasibətini bildirib: “Bu təşkilat özündə heç bir siyasi ambisiya ehtiva etmir. Mətbuatda bu təşkilatın iqtidaryönlü və ya müxalifətyönlü təşkilat kimi göstərilməsi yanlışdır”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR