Bank Of Baku

Vasili İstratov: “Qəbələ RLS-dən birgə istifadə ilə bağlı təklif qüvvədədir”

Vasili İstratov: “Qəbələ RLS-dən birgə istifadə ilə bağlı təklif qüvvədədir”
# 28 dekabr 2007 14:30 (UTC +04:00)
Rusiyanın Azərbaycandakı səfiri Vasili İstratov Qəbələ RLS-dən birgə istifadə ilə bağlı Moskvanın təklifinin qüvvədə olduğunu bildirib. APA-nın xəbərinə görə, səfir jurnalistlərə açıqlamasında raket hücumundan müdafiə məsələsi ilə bağlı ABŞ-la müzakirələri davam etdirdiklərini deyib: “Bizim Qəbələ RLS-lə bağlı konkret cavab tələb edən konkret təklifimiz yoxdur. Biz Qəbələ RLS-dən birgə istifadə də daxil olmaqla, raket hücumundan müdafiə ilə bağlı kompleks məsələlərə dair ABŞ-la müzakirə aparırıq”. Səfir Qəbələ RLS-in ABŞ tərəfindən icarə götürülməsinin mümkünlüyünü heç vaxt dilə gətirmədiyini də əlavə edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR