Bank Of Baku

Helsinki Vətəndaş Assambleyası Azərbaycan Milli Komitəsinin ofisinin qarşısında piket keçirilib

Helsinki Vətəndaş Assambleyası Azərbaycan Milli Komitəsinin ofisinin qarşısında piket keçirilib
# 28 dekabr 2007 15:10 (UTC +04:00)
Bu gün saat 15.00-da Gənc Türklər Hərəkatının bir qrup üzvü Helsinki Vətəndaş Assambleyası Azərbaycan Milli Komitəsinin ofisinin yerləşdiyi binanın qarşısında piket keçirib. Hərəkatın sədri Əbülfəz Qurbanlının APA-ya verdiyi məlumata görə, təşkilat üzvləri Azərbaycan vətəndaşlarının Ermənistana səfərlərinin təşkil olunmasını pisləyiblər və qurumu belə hərəkətlərdən çəkinməyə çağırıblar. Sonra hərəkat üzvlərindən biri piketin qətnaməsini və simvolik “yeni il hədiyyəsi”ni 2 metr uzunluğundakı kəndiri komitənin nümayəndəsinə təqdim edib. Qətnamənin surəti isə Xarici İşlər Nazirliyinə təqdim olunub. Sənəddə belə səfərlərin təkrarlanmaması və dövlətin bu məsləyə ciddi reaksiya verməsi tələb edilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR