Bank Of Baku

Ukrayna Kosovo ilə bağlı qərarın digər regional münaqişələr üçün presedent olmamasını istəyir

Ukrayna Kosovo ilə bağlı qərarın digər regional münaqişələr üçün presedent olmamasını istəyir
# 28 dekabr 2007 15:28 (UTC +04:00)
APA-nın Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, iclasda Abxaziya, Cənubi Osetiya, Dağlıq Qarabağ münaqişələri ilə vəziyyət və Kosovonun statusunun müəyyənləşdirilməsi məsələsi müzakirə olunub. Ukrayna tərəfi bildirib ki, Kiyev Kosovonun statusuna dair istənilən qərarın digər regional münaqişələrin həllində presedent kimi tətbiq olunmasına etiraz edir. Tərəflər Dnestryanı münaqişənin nizamlanması üzrə danışıqlar prosesinin bərpasının perspektivinə də toxunublar. Görüşdə Ukrayna nümayəndə heyətinə xarici işlər nazirinin müavini Andrey Veselovski, Rusiya nümayəndə heyətinə isə xüsusi tapşırıqlar üzrə səfir Valeri Nesteruşkin rəhbərlik edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR