Bank Of Baku

Azərbaycan silahlı münaqişə zamanı girov götürülmüş qadın və uşaqların sayı barədə BMT-yə məlumat vermiş yeganə ölkədir

Azərbaycan silahlı münaqişə zamanı girov götürülmüş qadın və uşaqların sayı barədə BMT-yə məlumat vermiş yeganə ölkədir
# 29 dekabr 2007 08:48 (UTC +04:00)
APA-nın BMT-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, bu məsələ BMT baş katibinin məruzəsi əsasında Komissiyanın iclasının ilkin gündəliyinə salınıb. Baş katibin “Silahlı münaqişələr zamanı girov qismində tutulmuş qadın və uşaqların (o cümlədən sonradan həbsə salınmış) azad olunması haqqında” adlı məruzəsi Azərbaycan, Bəhreyn, Burkina-Faso, Keniya, Livan və Yəməndən alınmış cavablar və BMT sisteminin 12 bölməsindən daxil olan informasiya əsasında hazırlanıb. BMT-nin məlumatında deyilir ki, Azərbaycan yeganə ölkədir ki, silahlı münaqişə zamanı girov qismində tutulmuş və yaxud həbsə salınmış qadınlar barədə informasiya təqdim edib. Azərbaycan hökuməti bildirib ki, dəqiqləşdirilmiş son məlumatlara əsasən, bu ölkənin 4471 vətəndaşı itkin düşmüş sayılır, onlardan 51-i uşaq, 278-i isə qadındır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR