Bank Of Baku

Gələn ay Bakıda İsraildə yaşayan sabiq Azərbaycan vətəndaşlarının pensiya məsələsi müzakirə olunacaq

Gələn ay Bakıda İsraildə yaşayan sabiq Azərbaycan vətəndaşlarının pensiya məsələsi müzakirə olunacaq
# 29 dekabr 2007 10:55 (UTC +04:00)
Yanvarın əvvəlində İsrailin Milli Sığorta İnstitutunun nümayəndə heyəti Bakıya gələcək. İsrail parlamentinin üzvü İosif Şaqalın APA-ya verdiyi məlumata görə, nümayəndə heyəti Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində danışıqlar aparacaq. Danışıqların əsas mövzusu hazırda İsraildə yaşayan keçmiş Azərbaycan vətəndaşlarının pensiya ilə təmin olunması məsələsidir. Deputat xatırladıb ki, İsrailin baş nazirinin müavini Aviqdor Liberman bu ilin yayında Bakıda səfərdə olarkən Azərbaycan prezidenti İlham Əliyevlə bu məsələ müzakirə olunub. İ. Şaqal onu da bildirib ki, əgər yanvarda keçiriləcək danışıqlarda razılıq əldə olunarsa, Azərbaycan keçmiş SSRİ məkanında İsraildə yaşayan keçmiş vətəndaşlarının pensiya məsələsini həll etmiş ilk ölkə olacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR