Bank Of Baku

Bakı Şəhər İcra Hakimiyyəti Vətəndaş və İnkişaf Partiyasının müraciətini mənfi cavablandırıb

Bakı Şəhər İcra Hakimiyyəti Vətəndaş və İnkişaf Partiyasının müraciətini mənfi cavablandırıb
# 29 dekabr 2007 10:56 (UTC +04:00)
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Vətəndaş və İnkişaf Partiyasının (VİP) müvəqqəti qərargahında iş şəraitinin yaxşılaşdırılması ilə bağlı müraciətinə mənfi cavab verib. Partiya sədrinin müavini Əflatun Quliyev APA-ya bildirib ki, hazırkı qərargahlarının girişi həyətdən olduğu üçün müəyyən problemlər yaranır. Partiya şəhər rəhbərliyinə etdiyi müraciətdə qərargaha küçədən qapı açılmasına icazə istəyib. Şəhər rəhbərliyi isə Ş. Bədəlbəyli, 69 ünvanında yerləşən binanın Nazirlər Kabinetinin qərarı ilə memarlıq abidələri sırasına daxil edildiyini və buna görə də binada hər hansı dəyişiklik aparılmasının mümkün olmadığını bildirib. Ə. Quliyev bu gün partiyanın şəhər rəhbərliyinə daha bir müraciət təqdim etdiyini deyib. Müraciətdə partiyaya qərargah tikilməsi məqsədi ilə şəhər rəhbərliyi tərəfindən Nərimanov, Nəsimi, Yasamal, Səbayel rayonlarının mərkəzə yaxın hissəsində torpaq sahəsinin ayrılması xahiş edilib. Partiya rəhbərliyi müraciətdə qərargahın VİP-in hesabına tikiləcəyini qeyd edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR