Bank Of Baku

Azərbaycan kommunistləri SSRİ-nin yaranmasının 85-ci ildönümünü qeyd ediblər

Azərbaycan kommunistləri SSRİ-nin yaranmasının 85-ci ildönümünü qeyd ediblər
# 29 dekabr 2007 11:04 (UTC +04:00)
Bu gün Azərbaycanda fəaliyyət göstərən kommunist partiyalarının iştirakı ilə Sovet Sosialist Respublikaları İttifaqının (SSRİ) yaradılmasının 85-ci ildönümü münasibətilə tədbir keçirilib. APA-nın məlumatına görə, Azərbaycan Kommunist Partiyasının sədri Rüstəm Şahsuvarov SSRİ-nin bərpası ilə bağlı fikirlərin reallığı əks etdirmədiyini və Azərbaycan dövlətçiliyinin tərəfdarı olduqlarını bildirib. O, Azərbaycandakı kommunist ideologiyalı partiyaların vahid mövqedən çıxış etməsinin zəruriliyini vurğulayıb: “Uzun müddətdir ki, müxtəlif səbəblərdən kommunist partiyaları arasında soyuq münasibət yaranıb. Fikrimcə, hər üç partiya bundan sonra əməkdaşlıq dövrünə qədəm qoyacaq və əlaqələr möhkəmləndiriləcək. Azərbaycan Kommunist Partiyası özünü digər kommunist partiyalarından ayırmayacaq və qarşılıqlı anlaşma şəraitində birliyə nail olunacaq”. Azərbaycan Kommunist Partiyası (marksizm-leninizm platformasında) Mərkəzi Komitəsinin I katibi Telman Nurullayev isə SSRİ-nin yaradılması və dağılmasının səbəbləri barədə danışıb. O, postsovet respublikalarının kommunist partiyalarının rəhbərlərinin bir araya gəlməsini vacib sayıb. Azərbaycan Vahid Kommunist Partiyası Mərkəzi Komitəsinin sədri Musa Tükənov SSRİ-nin dağılmasında o zaman ölkəyə rəhbərlik edən şəxsləri günahlandırıb. O, səhvlərdən nəticə çıxararaq yenidən siyasi hakimiyyətə gəlməyin zəruriliyini bildirib.
Sonda partiyalar arasında birgə fəaliyyətlə bağlı razılıq əldə edilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR