Bank Of Baku

Azərbaycan Milli Məclisinin üzvü: “Bakıda Slavyan Universiteti varsa, Türk Xalqları Universiteti də yaradılmalıdır”

Azərbaycan Milli Məclisinin üzvü: “Bakıda Slavyan Universiteti varsa, Türk Xalqları Universiteti də yaradılmalıdır”
# 29 dekabr 2007 11:05 (UTC +04:00)
Bu açıqlamanı APA-ya Azərbaycan Milli Məclisinin üzvü Adil Əliyev verib. Deputat Bakıda Slavyan Universitetinin fəaliyyət göstərdiyini qeyd edərək, Türk Xalqları Universitetinin də yaradılmasını vacib sayıb. Onun sözlərinə görə, türkoloq kadrların hazırlanmasına, türk xalqların tarixini, mədəniyyət və incəsənətini dərindən bilən mütəxəssislərə və türkoloq alimlərə böyük ehtiyac var: “Bu gün ən geniş təşviş doğuran cəhət xarici filial və məktəblərin Azərbaycanda ildən-ilə artmasıdır. Hazırda ölkədə xarici təhsil müəssisələrinin 32 filialı, çoxlu sayda özəl universitetlər, məktəb və kolleclər fəaliyyət göstərir. Filiallarda öz milli dərsliklərimizin əvəzinə, xarici dərsliklərdən istifadə olunması, xarici müəllimlərə üstünlük verilməsi və başqa bu kimi hallar var. Bir qrup adamın şəxsi dükanı sayılan filiallar təhsil müəssisəsindən daha çox bazarı xatırladır. Xarici mənəvi-təxribatla daxili nəfs-tamah əsiri olan işbazların mənafeyi burada birləşir. Sanki milli təhsilimiz hərraca qoyulub satılır. Nurçular yetişdirən, İranpərəst və Rusiyapərəst kadrlar hazırlayan filial və məktəblərin fəaliyyətinə imkan və şərait yaradılmamalı, qeyri-sağlam təhsil müəssisələri təxirə salınmadan bağlanmalıdır”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR