Bank Of Baku

İqtidaryönlü Siyasi Partiyaların Məşvərət Məclisi Həmrəylik Gününü qeyd edib

İqtidaryönlü Siyasi Partiyaların Məşvərət Məclisi Həmrəylik Gününü qeyd edib
# 29 dekabr 2007 11:11 (UTC +04:00)
Bu gün İqtidaryönlü Siyasi Partiyaların Məşvərət Məclisində təmsil olunan və Məclisə rəhbərlik edən Demokratik Azərbaycan Dünyası Partiyasının təşəbbüsü ilə qurumda birləşmiş siyasi partiyalar 31 Dekabr- Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə bağlı tədbir keçirib. APA-nın məlumatına görə, tədbiri giriş sözü ilə açan DADP sədri və Məşvərət Məclisinin rəhbəri Məmməd Əlizadə bildirib ki, Dünya Azərbaycanlılarının Həmrəylik Günü azərbaycanlı millətinin taleyi ilə bilavasitə bağlıdır: “Azərbaycanın istiqlaliyyət uğrunda keçdiyi şərəfli bir yol var. Türk dünyası üzrə Azərbaycan yeganə dövlətdir ki, dilinə, mənəviyyatına, əxlaqi dəyərlərinə, torpaqlarına təcavüz edilib. Tarixi ərazilərimiz yadellilər tərəfindən işğal edilib. Lakin xalqımız 1988-ci ildə siyasi azadlığını əldə etmək üçün ayağa qalxdı”. Azərbaycan Naminə Alyansın rəhbəri Abutalıb Səmədova birliyin xalqımız üçün olduqca vacib olduğunu bildirib. Tədbirdə Azad Respublikaçılar Partiyasının sədri Kamil Seyidov, Respublikaçılar Partiyasının sədri Sübut Əsədov, Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev də çıxış ediblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR