Bank Of Baku

Rauf Qurbanovun rəhbərlik etdiyi Kommunist Partiyası qeydiyyatla bağlı Ədliyyə Nazirliyinə müraciət edib

Rauf Qurbanovun rəhbərlik etdiyi Kommunist Partiyası qeydiyyatla bağlı Ədliyyə Nazirliyinə müraciət edib
# 29 dekabr 2007 11:53 (UTC +04:00)
Azərbaycan Kommunist Partiyasının (AKP) Rauf Qurbanovun rəhbərlik etdiyi qanadı dövlət qeydiyyatına alınmaqla bağlı Ədliyyə Nazirliyinə müraciət edib. Partiya sədrinin birinci müavini Gülnisə Məhsimova APA-ya bildirib ki, bu gün partiyanın dekabrın 23-də keçirilən qurultayında qəbul olunan yeni Nizamnamə və Proqram əlavə sənədlərlə birlikdə Ədliyyə Nazirliyinə təqdim olunub. O, yaranmış anlaşılmazlığın yaxın vaxtlarda aradan qaldırılacağına inandığını deyib: “Partiyanın 36 rayon təşkilatı ayrı-ayrılıqda Ədliyyə Nazirliyinə müraciət edərək, Rüstəm Şahsuvarovun rəhbərliyi ilə yaradılan qurumu tanımadığını bildirib. Hesab edirəm ki, dövlət partiyanı rəsmi qeydiyyata alacaq”.
Qeyd edək ki, AKP-nin bu il oktyabrın 14-də keçirilən qurultayında partiya sədrinin müavini Rauf Qurbanov təşkilatdan çıxarılıb. Dekabrın 23-də isə R. Qurbanovu dəstəkləyən partiya üzvləri qurultay keçirərək onu qurumun sədri seçiblər. Hazırda hər iki tərəf özünü AKP-nin hüquqi və mənəvi varisi hesab edir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR