Bank Of Baku

Abbas Lisani sabah azadlığa buraxılacaq

Abbas Lisani sabah azadlığa buraxılacaq
# 29 dekabr 2007 13:03 (UTC +04:00)
Dekabrın 30-da İran azərbaycanlılarının hüquqları uğrunda hərəkatın liderlərindən olan Abbas Lisaniyə məhkəmə tərəfindən verilmiş həbs cəzasının müddəti bitir. Bu barədə APA-ya A. Lisaninin həyat yoldaşı Ruqəyya Lisani məlumat verib. O, A. Lisaninin 2006-cı ilin iyununda həbs olunduğunu və Ərdəbil İnqilab Məhkəməsi tərəfindən 18 aylıq həbs və 50 şallaq zərbəsinə məhkum edildiyini xatırladıb. R. Lisani deyib ki, dekabrın 30-da həyat yoldaşı 50 şallaq zərbəsi vurulduqdan sonra sərbəst buraxılmalıdır: “Amma Abbas dedi ki, şallaq zərbəsi vurulmasına imkan verməyəcək. Çünki o, cinayətkar deyil”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR