Bank Of Baku

Ziyad Səmədzadə Beynəlxalq İqtisadçılar İttifaqının iclasında iştirak edəcək

Ziyad Səmədzadə Beynəlxalq İqtisadçılar İttifaqının iclasında iştirak edəcək
# 30 dekabr 2007 07:58 (UTC +04:00)
Milli Məclisin İqtisadi siyasət daimi komissiyasının sədri, Beynəlxalq İqtisadçılar İttifaqının vitse-prezidenti Ziyad Səmədzadə təşkilatın XVII plenar iclasında iştirak etmək üçün yanvarın 2-də İordaniyanın Akava şəhərinə gedəcək. Parlamentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, BMT-nin İqtisadi-Sosial Şurasının təşəbbüsü ilə keçirilən iclas “Gələcəyin energetikası: iqtisadi problemlər” mövzusuna həsr olunacaq. Tədbirdə nüfuzlu beynəlxalq qurumların nümayəndələri və bir neçə ölkənin enerji şirkətlərinin rəhbərləri iştirak edəcək. Toplantıda müxtəlif bölmələr üzrə diskussiyalar, dəyirmi masalar, işgüzar görüşlər keçiriləcək. Səfər yanvarın 12-də başa çatacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR