Bank Of Baku

Vladimir Putin İlham Əliyevə Yeni il təbriki göndərib

Vladimir Putin İlham Əliyevə Yeni il təbriki göndərib
# 30 dekabr 2007 10:28 (UTC +04:00)
APA-nın Rusiya prezidentinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Azərbaycan prezidentinə ünvanlanmış təbrikdə bildirilir ki, strateji tərəfdaşlığın hərtərəfli möhkəmləndirilməsi, səmərəli və qarşılıqlı faydalı iş, ənənəvi dostluğun gücləndirilməsinə yönəlmiş uzunmüddətli siyasi xətt iki xalqın maraqlarına uyğundur. V. Putin bu siyasətin regional stabillik və təhlükəsizliyin möhkəmlənməsinə önəmli töhfə verdiyinə əminliyini ifadə edib.
Qeyd edək ki, V. Putin Ukrayna, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Özbəkistan, Türkmənistan və Ermənistan prezidentlərinə də təbrik ünvanlayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR