Bank Of Baku

Eldar Namazov və Eldəniz Quliyev məcburi köçkünlərlə görüş keçiriblər

Eldar Namazov və Eldəniz Quliyev məcburi köçkünlərlə görüş keçiriblər
# 30 dekabr 2007 11:11 (UTC +04:00)
“Azərbaycan Naminə” İctimai Forumun prezidenti Eldar Namazov və Azərbaycan Ziyalı Birliyinin sədri Eldəniz Quliyev bu gün Bibiheybət qəsəbəsindəki sanatoriyada məskunlaşmış məcburi köçkünlərlə görüş keçiriblər. E. Namazov APA-ya açıqlamasında məcburi köçkünləri Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik etdiklərini, onlara hədiyyələr verdiklərini bildirib. O, görüşün sonunda polis əməkdaşlarının əraziyə gəldiyini, amma hər hansı xoşagəlməz hadisə baş vermədiyini deyib. E. Namazov Kooperasiya Universitetinin Ziya Bünyadov küçəsində yerləşən yataqxanasında və Xətai rayonu Qədir Əhmədov küçəsində yerləşən yataqxanada məskunlaşmış məcburi köçkünlərlə də görüş keçirdiklərini, günün sonuna kimi həbsdən buraxılmış jurnalistlərə baş çəkəcəklərini söyləyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR