Bank Of Baku

MSK ilin yekunları ilə bağlı iclas keçirib

MSK ilin yekunları ilə bağlı iclas keçirib
# 30 dekabr 2007 13:20 (UTC +04:00)
Bu gün Mərkəzi Seçki Komissiyası (MSK) 2007-ci ilin yekunları ilə bağlı iclas keçirib. APA-nın məlumatına görə, MSK sədri Məzahir Pənahov il ərzində rəhbərlik etdiyi qurumun fəaliyyəti haqqında məlumat verib. O bildirib ki, ilin əvvəlində dairə seçki komissiyalarında monitorinq keçirilib və komissiyalarda normal iş şəraitinin olmadığı üzə çıxıb. Məsələ ilə bağlı ölkə başçısına müraciət etdiyini deyən M. Pənahov prezidentin göstərişi əsasında 100 DSK üçün yeni bina tikildiyini, digər 25 DSK-nın isə otaqlarının sayının artırıldığını qeyd edib. M. Pənahov prezidentin imzaladığı insan haqları üzrə Milli Fəaliyyət Planına uyğun olaraq dairə və məntəqə seçki komissiyalarının üzvləri üçün kurslar keçirildiyini də söyləyib. Onun sözlərinə görə, həyata keçirilən tədbirlərdən sonra demokratik seçkilərin təşkili üçün imkanlar daha da artıb. İclasda həmçinin 13 saylı Əzizbəyov I, 14 saylı Əzizbəyov II, 71 saylı Masallı kənd, 111 saylı Zaqatala-Balakən, 52 saylı Quba, 45 saylı Abşeron, 53 saylı Quba-Qusar, 115 saylı Şəki kənd seçki dairələrinin dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR