Bank Of Baku

Azərbaycan Amerika Şurası Dünya Azərbaycanlıların Həmrəyliyi Günü və Yeni İl münasibəti ilə tədbir keçirib

Azərbaycan Amerika Şurası Dünya Azərbaycanlıların Həmrəyliyi Günü və Yeni İl münasibəti ilə tədbir keçirib
# 02 yanvar 2008 09:32 (UTC +04:00)
Azərbaycan Amerika Şurası (Cənubi Kaliforniyanın İrvine şəhəri) Dünya Azərbaycanlıların Həmrəyliyi Günü və Yeni İl münasibəti ilə tədbir keçirib. APA-nın ABŞ bürosunun məlumatına görə, Kaliforniyanın cənub hissəsindəki Orange dairəsi, Los Angeles və San Dioqo şəhərində yaşayan azərbaycanlıların qatıldığı tədbiri Azərbaycan Amerika Şurasının prezidenti Cavid Hüseynov açıq elan edib. O, qarşıdan gələn bayramlar münasibəti ilə bütün həmyerlilərimizi təbrik edib.
Daha sonra çıxış edən məşhur qarmon ustası Rəhman Əsədullahi Dünya Azərbaycanlılarının Həmrəylik Gününün həmvətənlilərimiz üçün müqəddəs bayram olduğunu, azərbaycanlıların birləşməsində mühüm rol oynadığını deyib. Daha sonra Rəhman Əsədullahi qarmonda milli musiqi əsərlərini ifa edib.
Azərbaycan Amerika Şurasının toplantısına qatılan qonaqlar arasında ölkəmizin Los Angeles şəhərindəki baş konsulu Elin Süleymanov da olub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR