Bank Of Baku

Azərbaycan Diplomatik Akademiyasının (ADA) 2007-ci ilin yekunları ilə bağlı hesabatı yayılıb

Azərbaycan Diplomatik Akademiyasının (ADA) 2007-ci ilin yekunları ilə bağlı hesabatı yayılıb
# 03 yanvar 2008 10:14 (UTC +04:00)
Azərbaycan Diplomatik Akademiyasının (ADA) 2007-ci ilin yekunları ilə bağlı hesabatı yayılıb. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, bu il akademiyanın praktik fəaliyyətinin başlanğıcı olub.
Bu il ADA Xarici İşlər Nazirliyinin 24 yeni əməkdaşı üçün 5 aylıq təlim kurslarını təşkil edib, eyni zamanda orta səviyyəli diplomatları üçün Xarici Xidmət Təlim Proqramını başladıb. Corctaun Universiteti, Fletçer Hüquq və Diplomatiya məktəbi, Beynəlxalq Araşdırmalar üzrə Cenevrə İnstitutu, Təhlükəsizlik Araşdırmaları üzrə Marşal Mərkəzi və Norveç Xarici İşlər Nazirliyi ilə birgə hər ay keçirilən təlim kursları müxtəlif mövzuları və nazirliyin gündəlik fəaliyyətini əhatə edib.
Ötən ilin iyul ayında Avropa Universiteti İnstitutu (İtaliya) ilə birgə Avropa İttifaqının Hüquq və Siyasəti mövzusunda diplomatlar və geniş ictimaiyyət üçün Yay Məktəbi keçirilib. Bu Yay Məktəbində 40 nəfər, o cümlədən Gürcüstandan 5, müxtəlif Avropa ölkələrindən 10, Türkiyədən 5 nəfər iştirak edib.
Bütün il ərzində ADA dünyanın müxtəlif universitetləri, mərkəzləri və diplomatik akademiyaları ilə möhkəm tərəfdaşlıq münasibətləri qurub. Xorvatiya Diplomatik Akademiyası, MQİMO, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin diplomatik akademiyaları və Norveç Diplomatik İnstitutu ilə əməkdaşlıq sazişləri imzalanıb. ADA nümayəndələri Diplomatik Akademiyaların Mozambikdə keçirilən illik Forumunda iştirak edib.

İl ərzində 20-dən artıq görkəmli xarici və yerli siyasətçilər, ictimai və elm xadimləri Azərbaycan Diplomatik Akademiyasında qonaq qismində çıxış edib. Həmçinin ADA ABŞ, Avropa, Asiya və Yaxın Şərqin görkəmli alimlərindən ibarət beynəlxalq Məsləhətçi Şuraya malik Tədqiqat Mərkəzi qurub.
Bütün bunlardan əlavə, ADA özünün daha böyük məqsədi olan, dünya standartlarına uyğun və qlobal rəqabətə davamlı iki illik Beynəlxalq Münasibətlər üzrə Magistr dərəcəsini təsis etmək üçün çalışıb. Magistr proqramının 2009-cu ildə başlanması gözlənilir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR