Bank Of Baku

Polşa Elmlər Akademiyasında fəaliyyət göstərən Qafqaz Evinə 12 azərbaycanlının üzv qəbul olunması gözlənilir

Polşa Elmlər Akademiyasında fəaliyyət göstərən Qafqaz Evinə 12 azərbaycanlının üzv qəbul olunması gözlənilir
# 04 yanvar 2008 12:08 (UTC +04:00)
Bu il yanvarın 10-da Polşa Elmlər Akademiyasında fəaliyyət göstərən Qafqaz Evinin növbəti iclası keçiriləcək və təşkilata yeni üzvlər qəbul olunacaq. Bu barədə APA-ya Qafqaz Evinin rəhbəri Hicran Əli İslam məlumat verib. Onun bildirdiyinə görə, namizədlər arasında 12 azərbaycanlı, 15 erməni, 18 gürcü, 3 çeçen, bir dağıstanlı, bir osetin və 2 abxaz milliyətli şəxs var.
Qeyd edək ki, təşkilat 2007-ci ilin aprel ayında Polşada rəsmi qeydiyyatdan keçib. Təşkilatın təsisçiləri 14 polyak və azərbaycanlı Hicran Əli İslamdan ibarət olub. Təşkilat Cənibi Qafqaz ölkələrində tədbirlər həyata keçirməyi, Bakı, Tiflis və Yerevanda ofislər açmağı, "Ekspertlər Klubu" və "Araşdırmalar İnstitutu" yaratmağı planlaşdırır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR