Bank Of Baku

Avropa Şurası Parlament Assambleyasının qış sessiyasının gündəliyi açıqlanıb

Avropa Şurası Parlament Assambleyasının qış sessiyasının gündəliyi açıqlanıb
# 07 yanvar 2008 09:41 (UTC +04:00)
Daha sonra iştirakçılar AŞPA daimi komitələrinin ötən müddətdə fəaliyyəti ilə bağlı hesabatlarını dinləyəcəklər. İclasda həmçinin Slovakiyanın baş naziri Robert Fiko və Hollandiyanın Avropa məsələləri üzrə naziri Frans Timmermansın müraciətləri dinlənəcək. Sessiyanın ilk iş günü Belçika parlamentinin üzvü Kərim Van Overmayerin “Demokratik parlamentdə müxalifətin hüquq və vəzifələri” mövzusunda məruzəsi ilə başa çatacaq. Sessiyanın ikinci iş gününün gündəliyinə Avropa İnsan Hüquqları Məhkəməsinin üzvlərinin seçilməsi, Kosovonun statusunun müzakirəsi, Macarıstanın baş naziri Ferenq Gürsarinin müraciəti, qlobal istiləşmə və Arktikanın ətraf mühitinin mühafizəsi problemləri ilə bağlı müzakirələr daxildir. AŞPA iştirakçıları yanvarın 23-də Dik Martinin “BMT Təhlükəsizlik Şurası və Avropa İttifaqının qara siyahıları” mövzusunda hesabatını dinləyəcəklər. Bundan sonra Əlcəzair prezidenti Əbdüləziz Butefliki və Albaniya prezidenti Bamir Topi iştirakçılara müraciət edəcəklər. Yanvarın 23-də həmçinin AŞPA üzvləri arasında qarşılıqlı münasibətlər, Məğrib ölkələr ilə münasibətlərin inkişafı, Orta Asiya respublikalarında mövcud durumla bağlı hesabatlar müzakirə olunacaq. Sessiyanın dördüncü iş gününün gündəliyinə idmanın Avropa modelinin qorunub saxlanması barədə hesabat müzakirə olunacaq. Bu mövzu ətrafında UEFA prezidenti Mişel Platininin də çıxışı nəzərdə tutulub. Yanvarın 24-də həmçinin “Gürcüstanın hüquq və öhdəlikləri” mövzusunda hesabat və Avropada uşaqların qanunsuz olaraq övladlığa verilməsi ilə bağlı oğurlanması problemi müzakirə ediləcək. Sessiyanın son iş gününün gündəliyinə isə İnsan Hüquqları haqqında Konvensiyaya Əlavə Protokolun mətni açıqlanacaq və transfrontal əməkdaşlı haqqında hesabat dinləniləcək. Bununla da AŞPA-nın qış sessiyası öz işin başa vuracaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR