Bank Of Baku

Azərbaycanı Avropa İnsan Hüquqları Məhkəməsində təmsil edəcək hakimin adı yanvarın 22-də müəyyənləşəcək

Azərbaycanı Avropa İnsan Hüquqları Məhkəməsində təmsil edəcək hakimin adı yanvarın 22-də müəyyənləşəcək
# 07 yanvar 2008 09:54 (UTC +04:00)
Qeyd edək ki, Azərbaycandan Avropa İnsan Hüquqları Məhkəməsi hakimi postuna Xanlar Hacıyev, Rəşad Həsənov və Aygün Abdullayevanın namizədliyi irəli sürülüb. Dekabrın əvvəllərində Avropa İnsan Hüquqları Məhkəməsinin Hakimlərin Seçilməsi üzrə Alt Komitəsində Azərbaycandan bu quruma hakimliyə namizəd göstərilən üç nəfərlə müsahibə keçirilib. Alt Komitə müsahibənin yekunu kimi hakimliyə namizədlər haqqında rəy hazırlayaraq AŞ PA Bürosuna təqdim edib. Xatırladaq ki, ötən sessiyada AŞ PA Bürosu Azərbaycandan İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hakimliyinə təqdim edilmiş namizədlər siyahısının geri qaytarılması barədə qərar qəbul edib. Bu qərar Azərbaycandan olan namizədlərin bərabər imkanları prinsipinin pozulması ilə əsaslandırılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR