Bank Of Baku

Fevralda Kiyevdə QDİƏT Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək

Fevralda Kiyevdə QDİƏT Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək
# 07 yanvar 2008 09:59 (UTC +04:00)
Fevralın 14-də Kiyevdə Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurası və Avropa Birliyinin birgə iclası keçiriləcək. APA-nın məlumatına görə, iclas çərçivəsində həmçinin QDİƏT Xarici İşlər Nazirləri Şurasının 18-ci iclasının və XİN konsulluq xidmətlərinin xüsusi görüşünün də keçirilməsi nəzərdə tutulur. Azərbaycan Xarici İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, Azərbaycanı bu iclasda xarici işlər naziri Elmar Məmmədyarov və yaxud onun müavini Mahmud Məmmədquliyevin təmsil edəcəyi gözlənilir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR