Bank Of Baku

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri vəzifəsinə namizəd müəyyənləşib

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri vəzifəsinə namizəd müəyyənləşib
# 07 yanvar 2008 10:41 (UTC +04:00)
Bundan başqa, Piter Semnebi Dağlıq Qarabağa da səfərinin tarixini müəyyən etməyib: “Azərbaycanda Avropa İttifaqının nümayəndəliyinin yaradılması proseduru başa çatmaq üzrədir, amma təmsilçiliyin nə zaman açılacağı hələlik məlum deyil. Əminəm ki, bu, yaxın zamanlarda reallaşacaq”. Piter Semnebi artıq Avropa İttifaqının Azərbaycandakı rəsmi nümayəndəsinin artıq müəyyən olunduğunu deyib, amma səfirin adını açıqlamaqdan imtina edib: “Avropa İttifaqının nümayəndəliyi Avropa Qonşuluq Siyasəti çərçivəsində bir sıra layihələr həyata keçirəcək. Bu layihələr Avropa İttifaqının Azərbaycanda inkişafını görmək istədiyi sahələrlə bağlı olacaq”.
Diplomatik mənbələrdən APA-ya verilən məlumata görə, Avropa Komissiyasının Azərbaycandakı xüsusi nümayəndəsi Alan Vaddams Avropa İttifaqının Azərbaycandakı səfiri postuna öz namizədliyini irəli sürüb. Bu posta məhz Alan Vaddamsın təyin olunacağı gözlənilir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR