Bank Of Baku

Azərbaycanda yaşayan Gürcüstan vətəndaşlarının 93 faizi Mixail Saakaşviliyə səs verib

Azərbaycanda yaşayan Gürcüstan vətəndaşlarının 93 faizi Mixail Saakaşviliyə səs verib
# 07 yanvar 2008 11:28 (UTC +04:00)
Yanvarın 5-də Gürcüstanın Azərbaycandakı səfirliyində yaradılmış seçki məntəqəsində 699 Gürcüstan vətəndaşı səs verib. Səfirlikdən APA-ya verilən məlumata görə, seçicilərin 93 faizi Mixail Saakaşviliyə, 3 faizi Levan Qaçeçiladzeyə səs verib, yerdə qalanlar isə digər namizədləri dəstəkləyib. Parlament seçkilərinin vaxtı ilə bağlı referendumda iştirak edənlərin 51 faizi seçkilərin 2008-ci ilin yazında keçirilməsini istədiyini bildirib. Gürcüstanın NATO-ya üzvlüyü ilə bağlı referenduma qatılanların 94 faizi isə ölkəsinin bu quruma daxil olmasına tərəfdar çıxıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR