Bank Of Baku

Abbas Lisani Əhər şəhərindəki həbsxanaya köçürülüb

Abbas Lisani Əhər şəhərindəki həbsxanaya köçürülüb
# 07 yanvar 2008 13:03 (UTC +04:00)
İran azərbaycanlılarının hüquqları uğrunda hərəkatın liderlərindən olan Abbas Lisani cəzasının əlavə 1 ilini çəkmək üçün yanvarın 2-də Ərdəbildəki cəzaçəkmə müəssisəsindən Əhər şəhərindəki həbsxanaya köçürülüb. A. Lisaninin həyat yoldaşı Ruqəyya Lisani APA-ya bildirib ki, A. Lisaniyə məhkəmə tərəfindən daha əvvəl verilmiş cəzanın vaxtı dekabrın 30-da bitsə də, cəzanın müddəti həmin gün keçirilən məhkəmə iclasında daha 1 il uzadılıb. Siyasi məhbus 2006-cı ildə Bəzz (Babək) qalasına yürüşün təşkilatçısı olmaqda ittiham edilib. R. Lisani məhkəmənin bu qərarının qanunsuz olduğunu bildirib.
Qeyd edək ki, A. Lisani 2006-cı ilin may hadisələrinin təşkilində ittiham olunaraq, 18 ay müddətinə azadlıqdan məhrum edilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR