Bank Of Baku

ADP strukturlarında prezident seçkilərində iştirakla bağlı müzakirələr başlayıb

ADP strukturlarında prezident seçkilərində iştirakla bağlı müzakirələr başlayıb
# 07 yanvar 2008 13:34 (UTC +04:00)
Azərbaycan Demokrat Partiyası (ADP) bu il keçiriləcək prezident seçkilərində iştirakla bağlı partiyadaxili müzakirələrə başlayıb. Partiya sədrinin müavini Taliyət Əliyevin APA-ya verdiyi məlumata görə, İdarə Heyətinin bu gün keçirilən iclasında seçkilərdə iştirakla bağlı fikir mübadiləsi aparılıb. Onun sözlərinə görə, bu müzakirələrin yanvarın sonuna kimi davam etdirilməsi və müvafiq təkliflərin hazırlanması qərara alınıb. Hazırlanacaq təkliflər Ali Məclisin növbəti iclasında müzakirə ediləcək: “İdarə Heyətində bəzi şəxslər seçkilərdə iştirakla bağlı qərar vermək üçün tələsməməyin tərəfdarıdır. Amma əksəriyyət bu fikirdədir ki, indidən seçki ilə bağlı mövqe qətiləşməli və partiya seçkiyə öz namizədi ilə getməlidir”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR