Bank Of Baku

Əli Orucov: “Düşünürük ki, AMİP-in Goranboy rayon təşkilatının rəhbərliyi sədrliyə iddiasını ortaya qoymaqla tələsib”

Əli Orucov: “Düşünürük ki, AMİP-in Goranboy rayon təşkilatının rəhbərliyi sədrliyə iddiasını ortaya qoymaqla tələsib”
# 07 yanvar 2008 14:28 (UTC +04:00)
AMİP Mərkəzi Şurasının yanvarda keçiriləcək növbəti iclasında partiyanın qurultayının tarixi müəyyənləşəcək. Partiyanın mətbuat və təbliğat katibi Əli Orucovun APA-ya verdiyi məlumata görə, sədr Ayaz Rüstəmovun istefa ərizəsi AMİP-in Siyasi Şurasının iclasında müzakirə ediləcək və müvafiq qərar qəbul olunacaq. Ə. Orucov Mərkəzi Şuranın iclasında qurultayın vaxtının müəyyən ediləcəyini və bundan sonra sədrliyə namizədlərin irəli sürülməsi prosesinin başlanacağını qeyd edib. Onun sözlərinə görə, sədrliyə seçki gizli səsvermə ilə olacaq: “Qurultayın vaxtı müəyyənləşdikdən sonra namizədlər öz iddialarını ortaya qoyucuqlar. Hələlik heç kim belə iddia səsləndirməyib. Yalnız Goranboy rayon təşkilatının sədri bu iddia ilə çıxış edib və düşünürük ki, o, bir qədər tələsib”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR