Bank Of Baku

İrfan Ülkü: “Yeni kitabımda Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı maraqlı səhifələrə rast gələcəksiniz”

İrfan Ülkü: “Yeni kitabımda Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı maraqlı səhifələrə rast gələcəksiniz”
# 07 yanvar 2008 15:02 (UTC +04:00)
Türkiyənin tanınmış telejurnalisti, “Kanal 6” telekanalının baş yayım direktoru İrfan Ülkü “Bakıda oliqarxların gecəsi” adlı romanını tamamlamaq üzrədir. Bu barədə APA-nın Türkiyə bürosuna açıqlama verən İrfan Ülkü yeni çapdan çıxmış “Böyük oyundakı Türk: Ənvər Altaylı” barədə maraqlı fikirlər söyləyib: “Kitabım türk dünyasının müstəqilliyi uğrunda mübarizədə önəmli rol oynayan sabiq kəşfiyyatçı Ənvər Altaylının həyat və fəaliyyətinə həsr edilib. Kitabda Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı maraqlı səhifələrə rast gələcəksiniz. Dünyanın süpergüclərinin oynadığı böyük oyunlarda rolu olmuş şəxsiyyətlərin fəaliyyətini işıqlandırmaq gələcək nəsillərə buraxacağımız ən yaxşı mirasdır. Ənvər Altaylı Türkiyəni “Böyük oyun” səhnəsinə daxil etmiş mühüm aktyorlardandır”.
Qeyd edək ki, 1992-ci ildə Naxçıvana gedərək orada Ali Məclisin sədri Heydər Əliyevlə görüşən İrfan Ülkü bir müddət orada qaldıqdan sonra “Heydər Əliyev: Qızıl ulduzdan hilala” adlı kitab çap etdirib. İrfan Ülkünün “Müstəqillikdən sonrakı Azərbaycan” kitabı Türkiyədə bir neçə dəfə nəşr edilib. Yanvarın 11-də İstanbuldakı “Ceylan-İntercontinental” otelində ”˜Böyük oyundakı Türk: Ənvər Altaylı”™ kitabının təqdimat mərasimi keçiriləcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR