Bank Of Baku

Azay Quliyev: “ATƏT Parlament Assambleyasının qış sessiyasının gündəliyinə uyğun olaraq Azərbaycanla bağlı məsələlər qaldıracağıq”

Azay Quliyev: “ATƏT Parlament Assambleyasının qış sessiyasının gündəliyinə uyğun olaraq Azərbaycanla bağlı məsələlər qaldıracağıq”
# 08 yanvar 2008 09:14 (UTC +04:00)
ATƏT Parlament Assambleyasının qış sessiyası fevralın 21-23-də keçiriləcək. Azərbaycanın ATƏT Parlament Assambleyasında nümayəndə heyətinin üzvü Azay Quliyevin APA-ya verdiyi məlumata görə, iclasın gündəliyi hələlik təsdiq olunmayıb. Qurumun qış sessiyasında adətən illik yay sessiyasına hazırlıq məsələlərinin müzakirə edildiyini bildirən A. Quliyev fevralda keçiriləcək iclasın da hazırlıq xarakteri daşıdığını deyib. O, eyni zamanda iclasda bəzi məsələlərin müzakirəsinin gözlənildiyini bildirib. Millət vəkili Azərbaycan tərəfinin gündəliyə uyğun olaraq Azərbaycanla bağlı məsələlər qaldıracağını vurğulayıb: “Bu gün bizim yeganə məsələmiz Ermənistanın təcavüzkar olmasını, danışıqlarda qeyri-konstruktiv mövqe tutmasını bütün dünyaya çatdırmaqdır. Müzakirələr zamanı bu məsələlər qaldırıla, fikirlərimizi söyləyə bilərik. Bu gün cəlb olunduğumuz konfliktlə bağlı hazırkı vəziyyəti ATƏT üzvü olan deputatların diqqətinə çatdıracağıq. Bu daim olaraq bizim gündəliyimizdədir və elə bir iclas olmayıb ki, bu məsələni hər hansı formada gündəliyə gətirməyək”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR