Bank Of Baku

Politoloq Mübariz Əhmədoğlu 2007-ci ili Azərbaycan üçün uğurlu sayır

Politoloq Mübariz Əhmədoğlu 2007-ci ili Azərbaycan üçün uğurlu sayır
# 08 yanvar 2008 11:42 (UTC +04:00)
Bu gün Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin sədri Mübariz Əhmədoğlu ötən ilin dekabr ayının və ümumilikdə 2007-ci ilin yekunları ilə bağlı mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, M. Əhmədoğlu bildirib ki, Türkiyənin PKK terror təşkilatına qarşı İraqın şimalında apardığı əməliyyatlar, ABŞ kəşfiyyat xidmətinin İranın nüvə texnologiyası ilə bağlı açıqladığı hesabat dekabrda əsas müzakirə mövzuları olub. O, dekabrda Rusiya-ABŞ münasibətlərinin kəskinləşən xətt üzrə inkişaf etdiyini söyləyib. Politoloq dekabrda Azərbaycanda radikal dini qrupların zərərsizləşdirilməsi ilə müşayiət olunan əməliyyatları da ciddi hadisə adlandırıb. M. Əhmədoğlu 2007-ci ili Azərbaycan üçün uğurlu hesab edir: “Ölkənin iqtisadi və ictimai-siyasi həyatında dövlətin rolu artıb. Vətəndaş cəmiyyətinin yenidən qurulmasına - milliləşdirilməsinə başlanılıb. Qarabaş münaqişəsinin tənzimlənməsində Azərbaycanın apardığı siyasəti də uğurlu hesab etmək mümkündür”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR