Bank Of Baku

Bişkekdə Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş fotosərgi keçirilib

Bişkekdə Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş fotosərgi keçirilib
# 08 yanvar 2008 12:30 (UTC +04:00)
Bu gün Qırğızıstanın paytaxtı Bişkekdə Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş fotosərgi təşkil olunub. Tədbirin təşkilatçısı Türk Dövlətlərin Siyasətinə Dəstək Fondun prezidenti Nüsrət Məmmədov APA-ya bildirib ki, türkdilli ölkələrdə 2008-ci il “Heydər Əliyev İli” elan olunub və bu fotosərgi ilə həmin tədbirlərə start verilib. Fotosərgidə Qırğızıstanın tanınmış şəxsləri Çinqiz Aytmatov, Polad Şəmşiyev, Azərbaycanın bu ölkədəki səfiri Arif Ağayev, Azərbaycan diasporunun rəhbəri Akif Allahverdiyev və digərləri iştirak edib. Sərgidə çıxış edən Çinqiz Aytmatov belə tədbirlərin keçirilməsinin vacibliyini vurğulayıb: “Çünki Heydər Əliyev tərəqqinin, yeni dövrün simvolu olub və olmaqdadır”. N. Məmmədovun sözlərinə görə, Bişkekin “Manas” universitetində də analoji tədbir keçiriləcək. Burada Heydər Əliyevə həsr olunmuş elmi-praktiki konfransın təşkil olunması nəzərdə tutulub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR