Bank Of Baku

“Azadlıq” blokunun Sədrlər Şurasının iclası yolların buz bağlaması səbəbindən baş tutmayıb

“Azadlıq” blokunun Sədrlər Şurasının iclası yolların buz bağlaması səbəbindən baş tutmayıb
# 08 yanvar 2008 16:23 (UTC +04:00)
“Azadlıq” blokunun Sədrlər Şurasının bu günə nəzərdə tutulan iclası baş tutmayıb. Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevin APA-ya verdiyi məlumata görə, buna səbəb hava şəraiti olub. Yolların buz bağlaması blok üzvü olan partiya sədrlərinin toplantıya qatılmasına mane olub. Ə. Əliyev iclasın gələn həftə keçiriləcəyini, burada 2008-ci ilin fəaliyyət istiqamətləri çərçivəsində həyata keçiriləcək tədbirlərin müzakirə olunacağını bildirib: “Biz seçkilərlə bağlı atılacaq addımlar barədə qərarımızda dəyişiklik etmək fikrində deyilik. Seçki Məcəlləsinə dəyişiklik edilməyəcəyi halda, seçkiləri boykot edəcəyik. Seçkiləri boykot və ya iştirak edəcəyimizlə bağlı qərarımız olarsa, atılacaq istənilən addım fəal tədbirlərdən ibarət olacaq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR