Bank Of Baku

AXCP rəhbərliyi qərargah almaq üçün partiya üzvlərindən ianə toplamağa hazırlaşır

AXCP rəhbərliyi qərargah almaq üçün partiya üzvlərindən ianə toplamağa hazırlaşır
# 08 yanvar 2008 16:26 (UTC +04:00)
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) rəhbərliyi partiyanın qərargah alması məqsədi ilə maliyyə vəsaiti toplamaq üçün yaxın günlərdə partiya üzvlərinə müraciət edəcək. Partiyanın Ali Məclisinin sədri Qulamhüseyn Əlibəylinin APA-ya verdiyi məlumata görə, dəfələrlə müvafiq dövlət qurumlarına müraciət edilməsinə baxmayaraq, AXCP normal qərargahla təmin edilməyib. Artıq hakimiyyətin qərargah ayıracağına ümid etmədiklərini bildirən Q. Əlibəyli buna görə də partiya üzvlərinin öz vəsaiti hesabına yeni qərargah almaq qərarına gəldiklərini bildirib: “Bununla bağlı üzvlərə müraciət olunacaq, pul toplanacaq və yeni qərargah alınacaq. Pul üçün hər hansı konkret miqdar müəyyənləşməyəcək və hər kəs imkanı daxilində yardım edəcək. Ölkədə 100 minldən artıq AXCP üzvü var və onların köməkliyi ilə qərargah ala bilərik”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR