Bank Of Baku

Yeni Azərbaycan Partiyası da Seçki Məcəlləsinə dəyişikliklər edilməsinin tərəfdardır

Yeni Azərbaycan Partiyası da Seçki Məcəlləsinə dəyişikliklər edilməsinin tərəfdardır
# 08 yanvar 2008 16:31 (UTC +04:00)
Yeni Azərbaycan Partiyası (YAP) Seçki Məcəlləsinə bəzi dəyişikliklərin edilməsinin tərəfdardır. Partiyanın icra katibinin müavini Siyavuş Novruzovun APA-ya verdiyi məlumata görə, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu ilə bu məsələ ilə bağlı bir neçə dəfə müzakirələr aparılıb və partiya öz təkliflərini aidiyyəti beynəlxalq qurumlara təqdim edib. Onun sözlərinə görə, seçki saxtakarlıqlarının aradan qaldırılması, seçicilərin hüquqlarını qorunması, seçici siyahıları, seçki şikayətlərinin araşdırılması ilə bağlı obyektiv olaraq qanunda dəyişikliklərə ehtiyac yaranıb: “Seçki Məcəlləsində göstərilir ki, seçkiyə bir ay qalana kimi hər hansı seçicinin adı siyahıda yoxdursa, onun adı siyahısına yalnız məhkəmə yolu ilə salına bilər. Biz isə təklif etmişdik ki, seçici birbaşa seçki məntəqəsinə gəlsin, şəxsiyyət vəsiqəsini göstərsin və adı avtomatik olaraq siyahıya salınsın. Həmçinin seçki müddətinin azaldılması, seçkidə müəyyən faiz səs toplaya bilməyən namizədə dövlət tərəfindən ayrılmış maliyyə vəsaitinin geri qaytarılması və digər məsələlərlə bağlı da dəyişikliklərin edilməsini istəyirik”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR