Bank Of Baku

Heyki Talvitie: “Regionda sabitliyə və inkişafa nail olmaq üçün Dağlıq Qarabağ münaqişəsi tezliklə həll edilməlidir”

Heyki Talvitie: “Regionda sabitliyə və inkişafa nail olmaq üçün Dağlıq Qarabağ münaqişəsi tezliklə həll edilməlidir”
# 09 yanvar 2008 08:43 (UTC +04:00)
Bu sözləri Tiflisdə APA-nın Gürcüstan bürosunun əməkdaşına verdiyi açıqlamada Avropa Birliyinin Cənubi Qafqaz üzrə keçmiş xüsusi nümayəndəsi Heyki Talvitie deyib. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqların Bürosunun nümayəndə heyətinin tərkibində Gürcüstandakı prezident seçkilərini müşahidə etmiş H. Takvitie yanvarın ortalarında həmsədrlərin regiona növbəti səfər edəcəyini xatırladaraq ATƏT-in Minsk Qrupunun fəaliyyətini yüksək qiymətləndirib: “Bütün regionda sabitliyə və inkişafa nail olmaq üçün bu problemin tezliklə həllinə çalışmaq lazımdır. Həll prosesi çox uzun sürən, çətin və qarışıq proses olduğuna görə münaqişənin nə vaxt həllini tapacağını demək çox çətindir”. H. Talvitie həm Azərbaycan, həm də Ermənistanın problemin həlli üçün cəhd göstərdiyini söyləyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR