Bank Of Baku

Sərdar Cəlaloğlu: “Bu gün Azərbaycanda mitinqlər keçirməklə ciddi siyasi dəyişikliklərə nail olmaq mümkün deyil”

Sərdar Cəlaloğlu: “Bu gün Azərbaycanda mitinqlər keçirməklə ciddi siyasi dəyişikliklərə nail olmaq mümkün deyil”
# 09 yanvar 2008 08:53 (UTC +04:00)
“Bu gün Azərbaycanda yalnız küçələrə çıxaraq etiraz etməklə cəmiyyətdə ciddi siyasi dəyişikliklərə nail olmaq mümkün deyil. Ona görə də biz daha çox inandırma yolu ilə iqtidarı ölkədə demokratik seçkilər keçirməyə vadar etməliyik”. Bu açıqlamanı APA-ya Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu verib. Hazırda kütləvi aksiyaların keçirilməsinə ehtiyac görməyən partiya sədri hesab edir ki, Azərbaycanda bütün tərəflərin demokratik seçki keçirmək ənənəsini yaratmaq lazımdır: “Demokratik seçkilərin keçirilməsi yalnız Seçki Məcəlləsindən asılı deyil. Birinci növbədə konstitusion islahatlar həyata keçirilməli, digər tərəfdən iqtisadi və sosial islahatların keçirilməsinə, cəmiyyətdə qüvvələr arasında düşünülmüş, şüurlu münasibətlərin yenidən formalaşmasına nail olmalıyıq”.
Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı isə seçki komissiyalarının tərkibinin dəyişdirilməsi ilə bağlı mitinqlərin keçirilməsini mümkün sayır: “Hazırda seçki komissiyalarının bir partiyanın nəzarəti altında olması seçkilərə tərəflərin etimad göstərməsinə imkan vermir. Bu məsələdə müxalifət və beynəlxalq birliyin mövqeyi eynidir. Hesab edirik ki, müxalifətin bu məsələdə mövqeyini daha radikal şəkildə ortaya qoyması üçün tədbirlər görmək lazımdır. İstisna deyil ki, bu tədbirlər kütləvi aksiyalar şəklində həyata keçirilsin. Belə olacağı halda, biz daha ciddi beynəlxalq dəstəyə ümid bəsləyə və bunun nəticəsində komissiyaların tərkibini dəyişdirə bilərik”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR